PKK-nın məsul şəxslərindən biri İraqda zərərsizləşdirilib

PKK terror təşkilatının məsul şəxslərindən biri Hülya Mercen zərərsizləşdirilib.

APA xəbər verir ki, bu barədə Türkiyə MİT məlumat yayıb.

Qeyd edək ki, sözügedən şəxs bir neçə gün öncə İraqın Metina bölgəsində 9 türk əsgərinin şəhid olması zamanı əməliyyata rəhbərlik edib.