İlginc elan: Evi alana pulsuz döyüş təyyarəsi...


İngiltərədə ev axtaranlar qeyri-adi elanla rastlaşıblar. Evini satışa çıxaran təqaüdçü riyaziyyatçı, evi alana bağ bəzəyi olaraq  qırıcı təyyarə verəcəyini açıqlayıb.

Sherg.az xarici mediaya istinadən  xəbər verir ki, İngiltərədə yaşayan Peter Robinson Hampshire qraflığında  evini 3,95 milyon funta (təxminən 150 milyon TL) satışa çıxarıb. Bu qiymətə onun 2015-ci ildə 100 min funt-sterlinqdən (təxminən 3,8 milyon TL) çox xərclədiyi Harrier II GR7 model təyyarəsi də daxildir.


Təqaüdçü riyaziyyatçı ömrü boyu bu döyüş təyyarəsinə həvəslə maraq göstərdiyini bildirərək, onu “bağ bəzəyi” kimi gördüyünü bildirib.

"The Times"a danışan 56 yaşlı Robinson "Harrier reaktivini sevən və onu pəncərənin qabağına qoyan sadə adamam. Düşünürəm ki, bir çox cəhətdən başqalarından fərqlənmirəm. Pəncərənin qarşısına həqiqətən böyük bir şey qoya bildiyim üçün şanslıyam”- deyib.

Robinson İngiltərə Müdafiə Nazirliyinin 2008-ci ildə dövriyədən çıxardığı təyyarəni İpsviçdəki bir şirkətdən aldığını və çətinliklə bağçasına yerləşdirdiyini bildirib və deyib:

"O, iki qoşqu ilə gəldi, təsəvvür etdiyimdən çox böyük idi. O qədər böyük görünürdü ki, Concorde aldığımı düşündüm və "Aman Allahım, mən nə etdim? deyə düşündüm”.

Hasarlanmış evin sahəsi təxminən 740 kvadratmetrdir. 4 sot torpaq sahəsi, gölməçə və 4 otaqlı köməkçi tikilisi də var.

Robinson deyir ki, əgər potensial alıcı təyyarəni istəməzsə, ya özü üçün saxlayacaq, ya da muzeyə bağışlayacaq.