Türkiyə ordusu İraq və Suriyada 77 terrorçunu zərərsizləşdirib

Türkiyə ordusu İraq və Suriyanın şimalında 77 terrorçunu zərərsizləşdirib.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə ölkənin milli müdafiə naziri Yaşar Gülər bildirib.
O əlavə edib ki, əməliyyatlar nəticəsində terrorçulara aid 78 hədəf məhv edilib.