ABŞ-da bu namizəd geri çəkildi: Trampı dəstəkləyəcək

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədlərdən biri Vivek Ramasvami namizədliyini geri götürdüyünü elan edib.

Axar.az xəbər verir ki, bu barədə Ramasvami Ayofa ştatında çıxışı zamanı deyib.

Ramasvami qeyd edib ki, namizədliyini geri götürüb və eks-prezident Donald Trampı dəstəkləmək niyyətindədir.

Xatırladaq ki, Ramasvami Ukraynadakı münaqişənin ABŞ-ın maraqlarına cavab vermədiyini və seçiləcəyi təqdirdə ölkəni NATO-dan çıxaracağını elan etmişdi.