Rusiya silahları Ermənistana gətirilib

Rusiya silahlarından ibarət yük artıq Ermənistandadır.
APA xəbər verir ki, bunu “Azadlıq” radiosunun Ermənistan bölməsinə müsahibəsində hakim “Vətəndaş müqaviləsi” partiyasından deputat, parlamentin müdafiə və təhlükəsizlik komissiyasının üzvü, müdafiə nazirinin müavini, general-leytenant Qaqik Melkonyan bildirib.
Onun sözlərinə görə, bu yaxınlarda hərbi təyinatlı məhsullar gətirilib və onlar Rusiya ilə əvvəllər imzalanmış müqavilə çərçivəsində Ermənistan tərəfinə verilib.
Ermənistanın keçmiş müdafiə nazirinin müavini söhbətin hansı silahlardan getdiyini dəqiqləşdirməyib.