Vurulan Ukrayna PUA-sı kilsəyə düşdü

Yanvarın 16-na keçən gecə Voronej vilayətində vurulan Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarından biri kilsənin üzərinə düşüb.
Bakupost.az -ın Baza telegram kanalına istinadən məlumatına görə, vurulan PUA Semiluksk rayonunun Devitsa kəndindəki kilsəyə çırpılıb.
Yerli sakinlərin sözlərinə görə, partlayışdan sonra hadisə yerində xüsusi xidmətlər işləyib. Məbədin yaxınlığında pilotsuz təyyarənin qalıqları tapılıb.
Xatırladaq ki, gecə saatlarında Rusiya hava hücumundan müdafiə qüvvələri Voronej vilayətində 8 pilotsuz uçuş aparatını məhv edib. Hücumdan sonra ilkin məlumata görə, vilayətin mərkəzində 35 mənzilə ziyan dəyib.
Hadisə nəticəsində on yaşlı qız xəsarət alıb.
Voronejə gecə pilotsuz təyyarə hücumunun ehtimal olunan hədəfi Şilovo hərbi aerodromu olub.