Zaxarova Makrona cavab verib

Rusiyanın Ukraynada qələbəsi Makronun “icazəsindən” asılı deyil.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Fransa Prezidenti Emmanuel Makronun Rusiyanın Ukraynadakı qələbəsinin yolverilməzliyi ilə bağlı sözlərindən sonra ona cavabında bildirib.
“Makronda qeyd olunan "qaydaların" surəti varsa, lütfən paylaşsın. Qələbəyə gəlincə, bu, Makronun və ya başqasının "icazəsindən" asılı deyil. Rusiya dediyini edəcək", - Zaxarova Teleqram kanalında Fransa Prezidentinə cavab verib.

Qeyd edək ki, Makron mətbuat konfransında bildirib ki, Rusiyanın Ukraynada qələbəsinə imkan verilməməlidir. Çünki bu, beynəlxalq nizamın qurulmuş qaydalarını təhlükə altına salacaq.