Ərəb Dövlətləri Liqası İranın Ərbili atəşə tutması ilə bağlı fövqəladə iclas keçirəcək

Ərəb Dövlətləri Liqası (ƏDL) Şurası İranın Ərbili atəşə tutması ilə bağlı fövqəladə iclas keçirəcək.
APA İraq Xəbər Agentliyi - İNA-ya istinadən xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyi bəyanat yayıb.
"Ərəb Liqası İranın Ərbili bombalaması ilə bağlı fövqəladə iclas keçirməyə qərar verib", bəyanatda qeyd olunub.
Bildirlib ki, Ərəb Liqasının baş katibi Əhməd Əbul Qeyt İranın Ərbili bombalamasını pisləyib.
Xatırladaq ki, yanvarın 15-də İran qüvvələri Ərbilə hava zərbələri endirib, nəticədə 4 nəfər həlak olub.