Jurnalistin üzünə tüpürdü: 1500 avro cərimə ödəyəcək 

  Fransa kralı XV Louisin həyatından bəhs edən “Jeanne du Barry” filminin rejissoru, xanım Maivenn Le Besco fransız jurnalistə  qarşı zorakı və təhqiredici davranışına görə 1500 avro cərimə ödəməli olacaq. 
Sherg.az xəbər verir ki, Rejissor özü də çəkdiyi filmdə rol alıb. Onun cərimələnməsinin səbəbi isə maraqlıdır. 
 Jurnalist Edvey Plenel “Mediapart” jurnalında çalışır. Jurnalda şəxsən Le Bescoya aid xoşagəlməz xəbər paylaşılmayıb. Rejissorun keçmiş həyat yoldaşı, rejissor Luc Besconun bir neçə qadına təcavüz etməsi barədə xəbər yayılıb. Buna görə Le Besco “Mediapart” jurnalını məhkəməyə verib. Onunla bu barədə restoranda söhbət edən jurnalist isə rejissor tərəfindən kobudluğa məruz qalıb. Rejissor xanım, jurnalistin saçından yapışaraq üzünə tüpürüb. Jurnalist də təbii ki, xanım rejissora qarşı iddia qaldırıb. Məhkəmə rejissor barədə 1500 avro cərimə ödəmək qərarı verib.   “Jeanne du Barry” filminin özü də qalmaqallıdır. Filmdə baş rola çəkilən Hollivud “ulduzu” Conni Depp uzun müddətdir ki, boşanma davasıyla gündəmdədir. Məşhur aktyorun həyat yoldaşı Amber Heardla məhkəmə çəkişməsi bitmək bilmir. Nüfuzunu yeni filmdəki baş rolla bərpa etməyə çalışan Conni Depp bu dəfə də filmin rejissorunun məhkəmə davasıyla yenidən gündəmə gəlib. Bütün bunlarsa çəkilən yeni filmin uğuruna da kölgə salır.