Rusiya Ermənistanı KTMT-ə ictimai hücumları dayandırmağa çağırıb

Rusiya Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına ictimai hücumları dayandırmağa çağırıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, rəsmi Moskva İrəvanı ictimai hücumlar və tənqid əvəzinə KTMT-dəki vəziyyəti müzakirə etməyə çağırır.