Xameneinin "İnstagram" və "Facebook" hesabları silinib

"Meta" şirkəti İranın ali rəhbəri Ayətullah Əli Xameneinin sosial media hesablarını silib.

APA AFP-yə istinadən xəbər verir ki, Ayətullah Əli Xameneinin "Facebook" və "İnstagram" hesabları silinib.
Meta bildirib ki, hesablar şirkətin təhlükəli təşkilatlar və şəxslərlə bağlı siyasətini pozduğuna görə silinib.
Xameneinin "İnstagram"da 5 milyon izləyicisi var idi.