Putin Kim Çen İnə maşın hədiyyə etdi

Rusiya Prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen İnə Rusiya istehsalı olan avtomobil hədiyyə edib.
Axar.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Məlumata görə, hədiyyəni Şimali Koreya liderinin bacısı, Koreya Fəhlə Partiyasının Mərkəzi Komitəsinin şöbə müdirinin müavini Kim Yo Çjon, həmçinin partiyanın Mərkəzi Komitəsinin katibi Park Çon Çhon qəbul edib.

Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kim Çen İnə "Aurus" avtomobili hədiyyə edilib.