Navalnının qardaşı axtarışa verilib

Aleksey Navalnının qardaşı Oleq Navalnı axtarışa verilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə məlumat Rusiya Daxili İşlər Nazirliyinin bazasında yerləşdirilib.

Bildirilib ki, Oleq Navalnı yenidən axtarışa verilib.

Hüquq-mühafizə orqanlarından TASS-a agentliyinə bildiriblər ki, faktla bağlı yeni cinayət işi açılıb. Lakin Oleq Navalının hansı maddə ilə ittiham olunduğu açıqlanmayıb.