Mişel Paşinyanla danışdı: Cənubi Qafqazda son durum…

Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişellə Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Axar.az xəbər verir ki, Ş.Mişel bu barədə X-də yazıb.

Tərəflər AB-Ermənistan münasibətlərini və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını müzakirə ediblər.

“Cənubi Qafqaz üçün sülh, sabitlik və rifah gündəliyi AB-nin gündəmində əsas yer tutur”, - AB rəsmisi yazıb.