Kobaxidze ABŞ-ın sabiq səfirini Gürcüstanda inqilab cəhdlərini dəstəkləməkdə ittiham edib

Gürcüstan Baş naziri İrakli Kobaxidze ABŞ-ın bu ölkədəki sabiq səfiri Kelli Deqnanı 2023-cü ildə Gürcüstanda inqilab cəhdlərini dəstəkləməkdə ittiham edib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, hökumət başçısı bu barədə X platformasındakı paylaşımında qeyd edib.

O, ABŞ-ın bu ölkədəki sabiq səfirinin 2023-cü ildə Gürcüstanda iki inqilab cəhdini dəstəklədiyini qeyd edib.

Kobaxidze ABŞ DÖvlət Departamentinin müşaviri Derek Çollet ilə danışdığını və bu məsələ ilə bağlı keçirdiyi təəssüfü onun diqqətinə çatdırdığını qeyd edib. Kobaxidze 2023-cü ildə QHT-lərin inqilab cəhdlərinin xarici mənbələrdən maliyyələşdirildiyini əlavə edib.