KİV: Robert Fitsonun səhhətində irəliləyiş müşahidə olunur

Slovakiyanın sui-qəsd nəticəsində yaralanan baş naziri Robert Fitsonun səhhətində irəliləyiş var.
APA-nın “teraz.sk”ya istinadən xəbərində görə, bu barədə onun müalicə olunduğu “Roosevelt Hospital” tibb mərkəzinin rəsmi açıqlamasında qeyd olunub.

O da bildirilib ki, hökumət başçısı ətrafındakılarla sərbəst şəkildə ünsiyyət saxlaya bilir.