Kreml: Zelenskinin səlahiyyət müddətinin başa çatması xüsusi hərbi əməliyyatın keçirilməsinə təsir göstərmir

Ukrayna prezidenti Vladimir Zelenskinin səlahiyyət müddətinin başa çatması xüsusi hərbi əməliyyatın keçirilməsinə təsir göstərmir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Xeyr, xüsusi əməliyyat davam edir", - deyə Kreml rəsmisi Zelenskinin səlahiyyət müddətinin başa çatmasının xüsusi əməliyyatın keçirilməsinə təsir edib-etməyəcəyi sualına cavab verib.

Qeyd edək ki, Ukraynanın hazırkı prezidentinin səlahiyyətləri konstitusiyaya görə, mayın 21-nə keçən gecə başa çatır.