Ukraynadakı NATO əsgərlərini geri “qaytarırıq”

Bəzi NATO ölkələri guya Ukrayna Silahlı Qüvvələrinə təlim keçmək üçün göndərdikləri hərbçilərini geri alır (Ukraynada döyüşən NATO hərbçilərinin döyüş meydanında öldürülməsi və meyitlərinin geri verilməsi nəzərdə tutulur - red).

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Estoniya Baş naziri Kaya Kallasın bəzi NATO ölkələrinin Ukraynaya təlimçilər göndərdikləri ilə bağlı açıqlamasına cavab olaraq deyib.

“Bəzi ölkələr göndərdiklərini artıq geri alırlar. Lakin bu haqda susurlar. Ümid edirəm ki, cəsur Kaya bu barədə ətraflı danışacaq”, - Zaxarova bildirib.