Putin müdafiə nazirinin müavinini işdən çıxarıb

Rusiya Prezidenti Vladimir Putin Yuri Sadovenkonu müdafiə nazirinin müavinini vəzifəsindən azad edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya dövlət başçısı bu gün fərman imzalayıb.

Prezidentin digər fərmanı ilə Hesablama Palatasının auditoru Oleq Savelyev müdafiə nazirinin müavini təyin edilib.