Paşinyan ABŞ kəşfiyyatının direktor müavinini qəbul edib

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktorunun müavini Devid Koeni qəbul edib.
APA-nın Ermənistan mətbuatına istinadən xəbərinə görə, bu barədə Paşinyan özünün “Telegram” kanalında yazıb.
Görüşdə ABŞ MKİ ilə Ermənistanın müvafiq strukturları arasında əməkdaşlıq müzakirə olunub. Bundan başqa, Ermənistan-ABŞ həm ikitərəfli, həm də beynəlxalq gündəliyə aid məsələlər müzakirə edilib.