AB-də müzakirə: Ukrayna birliyə üzv qəbul edilir? -ŞƏRH

“Politiko” qəzetinin Avropa nəşri beş diplomata istinadən yaydığı məlumata görə AB ölkələri Moldova və Ukraynanın onların üzvlüyünə qəbulu ilə bağlı rəsmi danışıqlara iyunun 25-də başlamaq niyyətindədirlər. Assosiasiyaya üzv ölkələr bu niyyətini hələ 2023-cü ilin dekabrında bəyan ediblər, lakin Macarıstanın razılaşmaması və AB-nin genişlənməsi məsələsinin 6-9 iyun tarixlərində keçiriləcək Avropa Parlamentinə seçkilər zamanı əsas mövzuya çevrilə biləcəyindən ehtiyatlanması səbəbindən qərar təxirə salınıb. Üzv ölkələr bu niyyətini hələ 2023-cü ilin dekabrında bəyan ediblər, lakin Macarıstanın razılaşmaması və AB-nin genişlənməsi məsələsinin 6-9 iyun tarixlərində keçiriləcək Avropa Parlamentinə seçkilər zamanı əsas mövzuya çevrilə biləcəyindən ehtiyatlanması səbəbindən qərar təxirə salınıb.

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi hələ də davam edir. Hazırda Rusiya ordusu Ukraynanın Xarkov vilayətində çoxlu sayda yaşayış məntəqələrini ələ keçirməyə davam edir.

Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentində sektor müdiri, politoloq İlyas Hüseynov “Sherg.az”a açıqlamasında deyib ki, Ukrayna və Moldovanın AB-yə üzvlüyü uzun müddətdir müzakirə edilir:

"Lakin hər iki ölkənin ərazi bütövlüyünə qarşı təhdidlər mövcuddur və təhlükəsizlikləri sual altındadır. Düşünürəm ki, AB bu dövlətlərə üzvlüklə bağlı vədlər verib. Lakin bu vədlərin yerinə yetirilməsi çox çətindir. Çünki həm AB, həm də NATO-ya üzvlük üçün bəzi şərtlər qarşılanmalıdır. NATO nizamnaməsinə görə üzv dövlətlərin ərazi bütövlüyü pozulmamalıdır. Əgər üzv dövlətlərin təhlükəsizliyinə təhdid törədilərsə, ərazi bütövlüyü pozularsa, NATO Nizamnaməsinin 5-ci maddəsinə uyğun olaraq digər dövlətlər o dövlətin müdafiəsinə qalxmalıdır. Bütün bunlar nəzərə alındıqda əslində Ukraynanın həm AB-yə, həm də NATO-ya üzvlük ehtimalının aşağı olduğu bizə məlum olur. Çünki qardaş Türkiyədə uzun müddətdir Aİ-yə üzv olmaq istəsə də, buna nail ola bilməyib".

Analitik əlavə edib ki, Ukraynanın həm AB, həm də NATO-ya üzv olmamasının əsas səbəbi Rusiyadır:
"Çünki Ukranya bu təşkilatlara üzv olarsa, rəsmi Moskvanın cavabı çox sərt olacaq".