Azərbaycandakı "Akıncı" PUA-sı İranda qəzaya düşmüş helikopterin axtarışı üçün hazır vəziyyətdə olub

Azərbaycandakı “Akıncı” pilotsuz uçuş aparatı İran Prezidentinin helikopterinin qəzaya uğradığı yerdə axtarışlar aparmaq üçün hazır vəziyyətdə olub.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar jurnalistlərə açıqlamasında bildirib.

"Azərbaycandakı texniki heyəti buna hazır idi", - şirkət rəhbəri deyib.

O qeyd edib ki, ərazi şərtlərinin mürəkkəb olmasına baxmayaraq, “Akıncı” PUA-larının helikopteri tapmaqda rolu böyük olub.