Paşinyan separatçıların "mühacir hökumət"inin fəaliyyətini istəmir -TƏHLİL

Azərbaycanın Qarabağ bölgəsində mövcud olmuş keçmiş separatçı rejimin sabiq "rəhbəri" terrorçu başı Şahramanyanın "mühacir hökumətin" fəaliyyət göstərməsi ilə bağlı açıqlaması Ermənistandakı mövcud Paşinyan hökumət ilə gərginliyin artmasına səbəb oldu. Azərbaycanla sülh danışıqları ərəfəsində olan Paşinyan hökuməti isə vəziyyətin pisləşməsinin qarşısını almaq və gərginliyə şərait yaratmamaq məqsədi ilə dərhal açıqlama verdi. Qondarma “Artsax” adlı qurumun Ermənistanda fəaliyyət göstərmədiyi açıqlamasını verdi. Bu addım ondan xəbər verir ki, Paşinyan elə bir "hökumət"in orada fəaliyyət göstərməsini istəmir və bunu qəti şəkildə rədd edir. Əlbəttə, digər versiyaların olması ehtimalı da real görünür. Ya Paşinyan altdan-altdan iş görmək istəyir, yəni,“Artsax” adlı qurumun varlığını davam etdirmək, amma qurumun ictimailəşməsini bildirmək istəmir, ya da həqiqətən belə qondarma qurumu tamamilə qəbul etmək etmək niyyətində deyil. Çünki, qarşısında Azərbaycanı təhdid kimi görür və fikirləşir ki, əgər belə bir hal baş verərsə, o zaman Qərbi Azərbaycan İcması faktoru ortaya çıxar. O baxımdan düşünürəm ki, Paşinyan tərəfindən verilən açıqlama Ermənistanın qarşıdakı dönəmdə hər hansı ərazi iddiasının olmamasını hədəfləyən fikir kimi irəli sürülə bilər. Yaxud da ki, qeyd etdiyim kimi qondarma "mühacirət hökuməti"nin həqiqətən fəaliyyətində maraqlıdır, amma hələlik üzə vurmaq istəmir. Niyyətini gizlin şəkildə davam etdirir". 

Əflatun Hümbətov,
Azərbaycan Universiteti