Elektromobillərə embarqo: Avropa Birliyi Çin avtomobillərini qəbul etmir

  Avropa Birliyi komissiyası Çin istehsalı elektromobillərlə bağlı yekun qərarını seçkilərdən sonra açıqlayacaq. 
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, AB Çin istehsalı elektrikli avtomobillərlə bağlı antidamping vergisi qərarının vaxtını uzadıb. AB 2023-cü ilin oktyabr ayından etibarən Avropa Birliyi ölkələrinə idxal edilən elektrikli avtomobillərin bazarda tarazlığı pozduğunu iddia edərək antidamping vergisi tətbiq edəcəyini bildirib. Bu vergi xarici ölkələrdən idxal edilən və ucuz qiymətə satılan mallara tətbiq edilir. Hesab edilir ki, xarici ölkələrdən gətirilən mallara ucuz qiymət tətbiq etməklə onların digər ölkə ərazisində satışının artması təmin edilir ki, bu da yerli istehsala ziyan vurur və yerli bazarda lazımsız rəqabət yaradır. Ona görə də bəzi ölkələr idxal mallarına yüksək vergi tələbi qoyurlar. AV komissiyası seçki öncəki durumu nəzərə alaraq qərarın iyun ayının 10-da açıqlanacağını bildirib. AB Çini özünə ən böyük rəqib görür və  Çinin ucuz avtomobil ixracını təhlükə hesab edir.