Ermənistan Xarici İşlər Nazirliyinin girişində qarşıdurma yaranıb, əlavə polis qüvvələri cəlb olunur

Ermənistanın paytaxtı İrəvan şəhərində qarşıdurma yaranıb.
APA-nın Ermənistan mediasına istinadən verdiyi xəbərə görə, İrəvanda Xarici İşlər Nazirliyinin binasında keşiş Baqrat Qalstanyanın tərəfdarları ilə polis əməkdaşları arasında qarşıdurma yaranıb.

Hazırda binanın qarşısına əlavə polis qüvvələri cəlb olunur.

“Vətən naminə Tavuş” hərəkatının lideri Baqrat Qalstanyan xarici işlər naziri Ararat Mirzoyandan etirazçıların yanına gəlməsini tələb edib, əks təqdirdə, özlərinin birbaşa nazirin otağına getməyə hazır olduqlarını bəyan edib.

Erməni Telegram kanalları Qalstanyanın qadınlara geri çəkilmələri üçün göstəriş verdiyini və insanları toqquşmağa hazırladığına dair məlumat yayıb.