Putin daha bir yüksək vəzifəli məmuru işdən çıxartdı

Rusiya Prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Mixail Popovun vəzifəsindən azad edib.
Axar.az xəbər verir ki, Putin bununla bağlı fərman imzalayıb.
Qeyd edək ki, Popov bu vəzifədə 2013-cü ilin martından işləyirdi. Buna qədər o, Rusiya Təhlükəsizlik Şurası katibinin köməkçisi vəzifəsini tutub.