G7 liderləri HƏMAS qrupunu atəşkəsə çağırır

Yeddilik (G7) ölkələrinin liderləri Fələstinin HƏMAS qrupunu ABŞ prezidenti Co Baydenin təklif etdiyi İsraillə atəşkəs razılaşmasını qəbul etməyə çağıracaqlar.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, G7 ölkələri bu həftə keçirəcəkləri illik toplantının sonunda açıqlayacaqları kommünikedə də İsraili Rəfah şəhərində genişmiqyaslı hərbi hücumdan sonra gərginliyi azaltmağa çağıracaqlar.

G7-nin dili İsrailin baş naziri Benyamin Netanyahunu rəsmi olaraq atəşkəs təklifini qəbul etməyə məcbur etmək məqsədi daşıyır.