Çin NATO-ya meydan oxuyur - Stoltenberq

NATO Çini düşmən hesab etmir, lakin alyans Pekinin onun dəyərlərinə və maraqlarına meydan oxuduğuna inanır.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bu fikri NATO-nun səlahiyyət müddəti başa çatan baş katibi Yens Stoltenberq “Yomiuri” qəzetinə müsahibəsində bildirib.
"NATO Çini düşmən hesab etmir, lakin o, bizim dəyərlərimizə, maraqlarımıza və təhlükəsizliyimizə meydan oxuyur", - o deyib.
Stoltenberq həmçinin iddia edib ki, Çin Tayvanı və ona qonşu olan ölkələri təhdid edir.
Bundan əlavə, NATO baş katibi Çini Rusiya Federasiyasına hərbi dəstək verməkdə ittiham edib. O iddia edib ki, bununla Pekin “İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük müharibəni alovlandırır”.