Qərb Ukranyaya yardımları kəsməyənə kimi müharibə davam edəcək -ŞƏRH

ABŞ Müdafiə Departamentindən yayılan məlumata görə Amerika tezliklə Ukraynaya 2,3 milyard dollar məbləğində yeni yardım paketi ayıracaq.

Məlumatda bildirilib ki, Pentaqonda müdafiə katibi Lloyd Ostinlə Ukraynanın müdafiə naziri Rustem Umerov arasında görüş keçirilib. Görüşdə Pentaqon rəhbəri ABŞ-ın Ukraynaya dəstəyi davam etdirmək prinsipinə tam sadiq olduğunu qeyd edib.

 Həmçinin qeyd olunub ki, yeni paketə Ukrayna şəhərlərini və mülki əhalisini qorumaq üçün təcili ehtiyac duyulan hava hücumundan müdafiə vasitələri, o cümlədən artilleriya və tank əleyhinə silahlar daxildir.

Politoloq Turab Rzayev "Sherg.az"a açıqlamasında bildirib ki, ABŞ bununla Ukraynanı yalnız qoymacağını, onu Rusiyaya qarşı dəstəkləyəciyini bir daha nümayiş etdirdi:
"Ağ Ev Ukranyaya xüsusi ölümcül və yüksək texnologiyalı silahlar verib Rusiya əleyhinə həddindən artıq gücləndirməsə də, konvansiyonel silahlarla, tank əleyhinə və hava hücumundan müdafiə sistemləri ilə onu yalnız qoymayacaq. ABŞ sözügedən yardımların davam edəcəyinin mesajını daha öncədən verib. Hazırda müharibənin gedişatı tərəfləri qane etmir. Çünki nə Rusiya Xarkovu işğal edir, nə də Ukrayna öz ərazilərini işğaldan azad edə bilir. Hesab edirəm ki, Qərb Ukranyaya yardımları kəsməyənə kimi müharibə davam edəcək".

Ekspert əlavə edib ki, Bayden rəsmi Kiyevə edilən yardımları noyabr ayında keçiriləcək Prezident seçkilərində piyar kimi istifadə edə bilər:
"Lakin Donald Tramp bu yardımlardan Baydenin əleyhinə istifadə edir. O müharibənin davam etməsində Baydeni günahlandırır. Hazırda müharibə. Tramp dəfələrlə prezident seçkilərində qalib gələcəyi təqdirdə müharibəni tez bir zamanda bitəcəyini bildirib"