Rusiya XİN: Baltikyanı ölkələr Cənubi Qafqazda dağıdıcı xətt yürüdürlər

Baltikyanı ölkələr Cənubi Qafqazda dağıdıcı xətt yürüdürlər.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Andrey Nastasin bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Latviya, Litva, Estoniya keçmiş sovet respublikalarını Rusiyaya qarşı qoyur və Cənubi Qafqazda dağıdıcı xətt yürüdürlər.

Qeyd edək ki, Rusiya XİN rəsmisi bu gün keçirdiyi brifinqdə ABŞ-nin Ermənistan və Azərbaycanı NATO sammitinə dəvət edərək, onları Rusiyadan qoparmağa çalışdığını da söyləyib.