İngiltərədə 5 baş naziri devirən Larri pişik hələ də iş başındadır

İngiltərədə baş nazirin iqamətgahında siçan ovlamaq üçün işə götürülən Larri adlı pişik vəzifədə olduğu müddətdə beş fərqli İngiltərə baş nazirini görüb.

Sherg.az xəbər verir ki,  2011-ci ildə canlı yayım zamanı evin qapısından siçanın keçdiyi görünəndən sonra Larri Londondakı Battersea Heyvanlar Qoruğundan vəzifəyə gətirilib.

2007-ci ildə anadan olan və 17-dən çox  yaşı olduğu güman edilən Larri 10 ildən artıqdır ki, "Downing Street 10" ünvanında  və onun ətrafında yaşayır.

Bəzən içəridə, bəzən də çöldə görünən Larri evin “siçan məsulu” kimi də tanınır.

Larri 1989-cu ildə Marqaret Tetçerin hakimiyyəti dövründə baş nazirin iqamətgahında gəzərkən himayəyə götürülən və 1997-ci ildə təqaüdə çıxan küçə pişiyi Humpreydən sonra bu vəzifəni tutan ilk pişikdir.

İngiltərədə keçirilən seçkilər nəticəsində baş nazir növbəti dəfə dəyişib.

Cümə günü Larri pişiyin son ev yoldaşı, İşçi Partiyasının lideri Keir Starmer seçkilərdə böyük qələbə qazanaraq vəzifəyə başladı.

Larrinin heç yerə getmədiyi aydın olsa da, tezliklə onun bir dostu da ola bilər: Starmerin JoJo adlı bir pişiyi var və o, küçədə məskunlaşdıqda ona qoşulacağı gözlənilir.

Baş nazirliyin rəsmi internet saytındakı pişiyi tanıdan rəsmi tərcümeyi-halına görə, Larri siçan tutmaq qabiliyyətinə görə seçilib.

Baş nazirin iqamətgahı və ofisinin tarixində ilk dəfə "Baş siçan ustası" adı verilən pişik də Larri olaraq qeyd edilib.


Siyasi analitiklər deyirlər ki, Larri baş nazirin ictimaiyyətlə ünsiyyətində mühüm rol oynayıb və 10 nömrəli Dauninqi ictimaiyyətə yaxınlaşdırıb.

İngiltərədə Keir Starmerin rəhbərlik etdiyi Leyboristlər Partiyası 14 illik sağçı Mühafizəkarların hakimiyyətinə son qoyaraq ümumi seçkilərdə böyük qələbə qazanıb.

İngiltərənin yeni baş naziri olacağı dəqiq olan Starmer, qələbədən sonra verdiyi açıqlamada "Biz bunu bacardıq" deyib.