Avropa Parlamentində sağçı fraksiya formalaşır

Fransanın “Milli Birlik” sağçı partiyasından olan deputatlar Avropa Parlamentində (AP) Macarıstanın Baş naziri Viktor Orbanın iştirakı ilə yaradılan “Avropa Vətənpərvərləri” sağçı qüvvələr alyansına qoşulacaqlar.

AZƏRTAC xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Bildirilib ki, “Milli Birlik”dən olan qrup ilə birlikdə yeni sağçı partiyalar alyansı AP-də üçüncü böyük siyasi qüvvəyə çevriləcək. “Milli Birlik” parlament fraksiyasının rəhbəri Marin Le Penin nümayəndə heyətindən 30 deputat, hələ ki, sağçı “Kimlik və Demokratiya” fraksiyasının tərkib hissəsidir. Onların “Avropa Vətənpərvərləri”nə qoşulması Fransada növbədənkənar seçkilərin ikinci turunda məğlubiyyətdən sonra sarsılan “Milli Birliyin” özünün mövqeyini gücləndirəcək.