Erməni spiker MDB PA-nın iclasında iştirakdan imtina edib

Erməni spiker MDB Parlamentlərarası Assambleyasının iclasında iştirakdan imtina edib.
“Sherg.az" erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamenti sədrinin köməkçisi Movses Arutyunyan bildirib.
O qeyd edib ki, parlament sədri Alen Simonyan iyulun 12-də Sankt-Peterburqda keçiriləcək MDB Parlamentlərarası Assambleyasının iclasında iştirak etməyəcək.