Navalnının həyat yoldaşı həbs edildi

Moskvanın Basmannı rayonu məhkəməsi Aleksey Navalnının dul arvadı Yuliyanı ekstremist təşkilatda iştirak etdiyinə görə qiyabi həbs etmək barədə qərar verib.

Bu barədə məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

"Navalnaya Y.B. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282.1-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə ittiham olunur. Yuliya Borisovna ibtidai istintaq orqanlarından gizlənib və buna görə də axtarışa verilib. Məhkəmə istintaqın vəsatətini təmin edib və onun barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib", - məlumatda deyilir.

Bildirilir ki, müddət Navalnayanın Rusiya Federasiyası ərazisinə ekstradisiya edildiyi andan və ya Rusiya ərazisində saxlandığı andan hesablanacaq.

Mənbə: TASS