Ukraynanın Rusiya ərazisində Britaniya tanklarından istifadə etdiyi güman olunur

Ukrayna ordusunun Rusiyanın ərazisinə Böyük Britaniyaya aid tanklarla daxil olduğu güman edilir.
APA-nın məlumatına görə, bu barədə “Sky News“da yayımlanan məqalədə bildirilib.

Nəşrin yayımladığı məqalədə qeyd edilir ki, Ukraynanın Kurskda həyata keçirdiyi əməliyyat zamanı əsasən “Challenger-2” markalı tanklardan istifadə edilib.

Krallığın Müdafiə Nazirliyi bu iddianı şərh etməyib.

Bununla belə, Böyük Britaniya Ukraynanın Rusiya ərazisində Britaniya silahlarından istifadə etməkdə azad olduğunu təsdiqləyib.

Qeyd edək ki, Kursk ərazisində Ukraynanın istifadə etdiyi hərbi texnikanın sayı hələ açıqlanmayıb.