Səudiyyə şahzadəsi qorxdu: Məni öldürə bilərlər

ABŞ rəsmiləri ilə söhbəti zamanı Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman ona qarşı sui-qəsd ehtimalından narahatlığını bildirib.

Axar.az bildirir ki, bu barədə “Politiko” nəşri yazıb.

Nəşrin məlumatına görə, söhbət zamanı Məhəmməd bin Salman bildirib ki, İsraillə münasibətlərin normallaşacağı təqdirdə aqibətinin Misirin keçmiş prezidenti Ənvər Sadatla eyni olmasından qorxur.