Rusiyada spirt bahalaşdı: Azərbaycan bazarlarında arağın qiyməti... -AÇIQLAMA

Rusiyada arağın qiyməti artacaq. "Rosspirtprom" Açıq Səhmdar Cəmiyyəti (ASC) cari yay mövsümündə üçüncü qiymət artımının anonsunu verərək sentyabr ayı üçün artımın 9, payıza qədər isə 25% təşkil edəcəyini açıqlayıb.                          
Maraqlıdır, Rusiyada arağın qiymətinin artması Azərbaycan bazarına necə təsir edəcək? Qiymətlərdə dəyişiklik olacaq?

Suallarımızı cavablandıran iqtisadçı ekspert, Natiq Cəfərli "Sherg.az"a bildirib ki, Rusiyada spirtin qiymətinin qalxması Azərbaycan bazarına təsir göstərəcək: 

''Çünki Rusiyada spirtin topdansatış qiymətində ciddi artım var. Bu da sözsüz, Azərbaycan bazarına təsirsiz ötüşməyəcək. Ona görə ki, ölkəmizdə istehsal olunan arağın böyük hissəsinin spirti əvvəlləri Ukraynadan gəlirdi. Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra isə daha çox Rusiyadan gətirilir. Bir sözlə, spirtin aksiz dərəcələsinin bahalaşması Azərbaycan bazarında çıxarılan yerli məhsulların qiymətinə də təsir edəcək''.

Iqtisadçı -ekspert Eyyub Kərimli isə deyib ki, Rusiyada spirtli içkilərin qiymətinin artması şübhəsiz, ölkəmizdə də həmin məhsulların qiymətinin bahalaşmasına səbəb olacaq: 

''Çünki Azərbaycana spirtli içkilər məhz, Rusiyadan idxal olunur. Qeyd edim ki, Rusiyada arağın qiymətinin qalxması spirtin dəyərinin artması ilə izah olunur''.