Bu ilin yanvar-iyul aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 77,6 mln. ton yük, 994,6 milyon sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 8,1% və 9,1% artım olub.
“Sərnişinlərin 95,3%-i avtobus, 4,7%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib”, - məlumatda qeyd olunub.
Məlumata görə, hesabat dövründə yük dövriyyəsi 12,3%, sərnişin dövriyyəsi isə 10% artıb.