Belqorodda fövqəladə vəziyyət federal səviyyəyə qalxdı

Bütün Belqorod vilayətində federal səviyyədə fövqəladə vəziyyət elan edilib.

Axar.az xəbər verir ki, bunu Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov deyib.

Qeyd edək ki, Ukrayna ordusunun Kursk vilayətinə daxil olması ilə əlaqədar olaraq Kursk vilayətində federal, Belqorod və Bryansk vilayətlərində isə regional səviyyədə fövqəladə vəziyyət elan olunmuşdu.