Əsgərimiz xəstəlikdən vəfat edib

Daxilin Qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Sərxan Nəriman oğlu Qurbanov xəstəlikdən vəfat edib.

Bu barədə Sherg.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

"Hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Faktla bağlı araşdırma aparılır", - məlumatda qeyd edilib.