''Bu il sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək. Parlament seçkilərində iştirak edən namizədlərdən 30 nəfəri bələdiyyə üzvü və qulluqçularıdır''
Bu barədə "Sherg.az"a “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli deyib.
Onun sözlərinə görə, artıq 22 dairə üzrə 30 namizəd qeydə alınıb:
''Onlardan 26-sı öz təşəbbüsü ilə, üç nəfər YAP-ın siyahısı üzrə, bir nəfər isə Vətəndaş Həmrəyliyi Partiyasından namizədliyini irəli sürüb. Namizədlərdən 3 nəfəri Səbail bələdiyyəsi, M.Ə.Rəsulzadə bələdiyyəsi və Nərimanov bələdiyyəsi, 2 nəfəri Xətai, Yevlax, Binəqədi və Biləcəri qəsbəsi, bir nəfəri isə Binəqədi, Yasamal, Xocasən, Sumqayıt, Corat, H.Z.Tağıyev, Nəsimi, Buzovna, Ramana, Balaxanı, Ağdaş və Bərdə bələdiyyəsindən olan üzv və qulluqçulardır. Namizədlərdən 10 nəfəri bələdiyyə üzvü və 20 nəfəri isə bələdiyyə qulluqçusudur. Onlardan iki nəfəri isə bələdiyyə sədridir (M.Ə.Rəsulzadə və Ağdaş). 30 namizəddən 13-ü qadın, 17 nəfəri isə kişidir''.