Xaçmazda tikinti materialları sexi yanıb

Xaçmaz şəhərində yanğın olub.

Sherg.az DİN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 1200 m² olan tikinti materialları sexinin yanar konstruksiyaları 100 m² sahədə, içərisində 7 ədəd dəzgah, taxta materialları və bitişik sahəsi 40 m² olan avtomobil təmiri sexinin içərisində 7 m² sahədə yağ qalıqları yanıb. Sexlərin qalan hissəsi və yaxınlıqda olan avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.