Ukrayna bir gündə 102 rus əsgəri əsir götürdü - Video

Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları Kursk vilayətində 102 rus əsgəri əsir götürüblər.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, dünən keçirilən əməliyyat nəticəsində ukraynalı xüsusi təyinatlılar hər tərəfdən betonlanmış və yeraltı rabitə və şəxsi heyət üçün yaşayış yeri, yeməkxana, silah anbarı olan möhkəmləndirilmiş müdafiə məntəqəsini ələ keçiriblər.

Əsirlərin Rusiya Silahlı Qüvvələrinin 488-ci motoatıcı qvardiya alayının və “Əhməd” bölüyünün hərbçiləri olduqları bildirilib.


Telegram Widget