İran və Rusiya strateji tərəfdaşlıq sazişi imzalayır

İran və Rusiya arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş layihəsi prezidentlər tərəfindən nəzərdən keçirilir və yaxın vaxtlarda imzalanacaq.

Axar.az xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazım Cəlali deyib.

“Bu layihə üzərində iki ölkənin xarici işlər nazirliklərinin hüquq şöbələri işləyir. Layihə baxılması üçün prezidentlərin administrasiyasına təqdim olunub. Sənəd hazır olan kimi dövlət başçıları tərəfindən imzalanacaq. Düşünürəm ki, bu, yaxın vaxtlarda olacaq”, - Cəlali bildirib.