Rəhbər şəxslər işçilərinə qeyri-iş saatlarında  zəng edərsə  cərimələnəcəklər

Avstraliyada qəribə qanun qüvvəyə mindi

Avstraliyada rəhbər şəxslər işçilərinə qeyri-iş saatlarında və qeyri-iş günlərində zəng edərsə və ya elektron məktub göndərərsə, cərimələnəcəklər.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, işçilərin bu barədə müvafiq orqanlara müraciətindən sonra qanunu pozanlara 93 min Avstraliya dolları (təxmini 63 min ABŞ dolları) cərimə ediləcək.

Başqa sözlə, işçilər müvafiq vaxtda rəhbərliyin zənglərini və məktublarını cavabsız qoymaq hüququna malikdirlər.

Qeyd edək ki, eyni qanun daha əvvəl Fransa, İspaniya və Belçikada qüvvəyə minib.