Bayden: ABŞ Ukraynaya enerji sisteminin təmiri üçün avadanlıq verir

ABŞ hakimiyyəti enerji infrastrukturunu təmir etmək və dayanıqlığını artırmaq üçün Ukraynaya avadanlıq göndərir.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Prezidenti Cozef Bayden bildirib.

“Birləşmiş Ştatlar, həmçinin Ukraynanın enerji sistemlərini təmir etmək və şəbəkənin dayanıqlığını yaxşılaşdırmaq üçün aktiv şəkildə avadanlıq verir”, - deyə o bəyan edib.

Eyni zamanda, Bayden vurğulayıb ki, ABŞ Ukraynanı dəstəkləmək üçün 50-dən çox ölkədən ibarət koalisiyaya rəhbərlik etməyə davam edəcək.

Bundan əvvəl Rusiya silahlı qüvvələri Ukraynanın 9 vilayətində elektrik yarımstansiyalarına zərbələr endirib.