Trampa qarşı yenidən sui-qəsdə cəhd olub - YENİLƏNİB

Trampa qarşı növbəti sui-qəsd cəhdi olub. Bu barədə konqresmen Teylor-Qrin məlumat verib və onun seçki qərargahı Trampın yaxınlığında atışma olduğunu bildirib.

APA xəbər verir ki, “New York Post”un yaydığı məlumata görə Məxfi Xidmət Donald Tramp “West Palm Beach”də qolf klubundan çıxarkən onun yaxınlığında baş verən atışmaya cavab verib.

Trampın qərargahı onun yaxınlığında atəş açıldığını, siyasətçinin özünün isə təhlükəsiz olduğunu bildirib.

***
ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa qarşı növbəti dəfə sui-qəsdə cəhd edilib.

APA xəbər verir ki, bu barədə konqresmen Taylor-Green məlumat yayıb. O Trampın sağ-salamat olduğunu deyib.

Məlumata görə Trampın Florida ştatındakı qolf klubunun qarşısında atışma baş verib.

İnsidentdən sonra Trampın seçki qərargahı onun xəsarət almadığını bildirib: “Tramp Florida qolf klubu yaxınlığında silahlı atışmadan sonra təhlükəsizdir”.

“Reuters“ isə Trampın olduğu yerə yaxın ərazidə atışma baş verdiyi haqda məlumat yayıb.

Digər təfərrüatlar hələlik məlum deyil.