Roma Papası tərəfləri sülh üçün həll yolları tapmağa səsləyib

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Yaxın Şərqdə atəşkəslə bağlı danışıqların davam etdirilməsinin vacibliyini bildirib.

AZƏRTAC xəbər verir ki, pontifik ənənəvi “Angelus” duası zamanı tərəfləri sülh üçün həll yolları tapmağa səsləyib.

“Dünyanı qana bulayan müharibələri unutmayaq. Viran qalmış Ukraynanı, Myanmanı, Yaxın Şərqi daim düşünürəm. Nə qədər günahsız qurban var. Qoy Fələstin və İsraildə münaqişə dayansın, zorakılıq bitsin, girovlar azad olunsun, danışıqlar davam etdirilsin və sülh üçün həll yolları tapılsın”, - deyə Roma Papası qeyd edib.