Ermənistanın baş naziri Nikol Paşinyanın yeni imici ermənilər tərəfindən birmənalı qarşılanmayıb.
O saqqalını və bığını qırxdıqdan sonda güzgünün qabağına keçərək göz vurub.
Bunu əks etdirən görüntüləri Paşinyan özünün rəsmi feysbuk hesabında paylaşıb.
Məsələyə münasibət bildirən psixoloq Sevinc Baxışova “Sherg.az”a bildirib ki, aqillər doğru deyiblər: “Bundan sonra hara gedəcəyini bilmək üçün, bundan əvvəl haradan gəldiyini bilmək lazımdır":
“Nikol Paşinyan küçədən gəlib və qayıdacağı yer də küçə olacaq. Ona görə də Paşinyan ölkəni dövlətçilik təfəkkürü zəminində deyil, küçə psixologiyası ilə idarə etməyə çalışır. Çünki onda dövlət adamı düşüncəsi formalaşmayıb. Bu səbəblə də tez-tez emosiyaya qapılır. Digər tərəfdən Paşinyan ictimai fiqurdur olduğu üçün sosial mediadan daha çox istifadə edir. O məmur təfəkkürü və təcrübəsi olmadığına görə hesab edir ki, virtualda atılan replikasını hamı həqiqət kimi qəbul edəcək. Həmçinin Nikol gəzən fəlakətdir və ruhi cəhətdən sağlam deyil. Paşinyanın psixoloji portretine gəldikdə isə deyə biləri ki, sinir sistemi zəifdir. Eyni zamanda onda şizoid-epileptoid tipin əlamətlərinin qabarıqlığını görürük. Çünki verdiyi vədlərin üstündə durmur, tez-tez qərarlarını dəyişir. Həmçinin Utanmaq hissi yoxdur və əxlaqi davranışı daha çox qorxu hissindən asılıdır. Özünü qiymətləndirmə səviyyəsi qeyri adekvat dərərəcədə yüksəkdir ki, bu da başqalarını günahlandırma reaksiyasi, dominantliq təşkil edir. Həmişə her şeydən narazıdır. Tabe olmağı sevmir, rəhbərlik etməyi bacarmır. Emosional vəziyyəti daha çox sabit neqativdir. Ümumi intellekt səviyyəsi isə aşağıdır”.