
Paşinyan Kremlin nəbzini yoxlayır: Bu Ermənistanın sonuna gətirib çıxaracaq
14:09 14.01.2025
Region
529
Rusiya ilə Ermənistan arasında rəsmi səviyyədə münasibətlər sadə deyil.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi illik mətbuat konfransında rəsmi İrəvanın qərbyönümlü siyasət yürütməsinə, eləcə də Ermənistanın ABŞ ilə strateji tərəfdaşlıq haqqında müqavilə imzalayacağına münasibət bildirərkən deyib.
Lavrov Rusiya Baş naziri müavini Aleksey Overçukun Ermənistanın Avropa İttifaqı ilə üzvlük prosesi ilə bağlı müzakirələrə başlaması haqqında şərhini xatırladıb.
O, qeyd edib ki, Overçukun da vurğuladığı kimi, Ermənistanın həm Avrasiya İqtisadi İttifaqında, həm də Avropa İttifaqında olması mümkün deyil: "Bu, iki fərqli sistemdir, iki fərqli azad ticarət zonasıdır".
Qeyd edək ki, Overçuk Rusiyanın Ermənistanın Avropa İttifaqına üzvlüklə bağlı müzakirə prosesinə başlamasını, İrəvanın Avrasiya İqtisadi İttifaqından çıxmasının başlanğıcı kimi qiymətləndirdiyini açıqlayıb.
Lavrov Avropa İttifaqına üzvlüklə bağlı müzakirənin başlanmasını Ermənistanın legitim rəhbərliyinin suveren qərarı adlandırıb.
Rusiya XİN başçısı Ermənistanın KTMT-dəki iştirakını dondurmasından da danışıb. Onun sözlərinə görə, Ermənistan KTMT-də iştirakını dondurmayıb, sadəcə bu təşkilatın tədbirlərində iştirak etmir.
Lavrov rəsmi İrəvanın bu addımını 2022-ci ilin sentyabrında Azərbaycan-Ermənistan sərhədində baş verən silahlı qarşıdurma ilə əlaqələndirib. Vurğulayıb ki, İrəvan o zaman KTMT-nin müttəfiq kimi Ermənistana köməyə gəlmədiyini iddia edib.
Rusiya XİN başçısı Azərbaycanla Ermənistan arasında sərhədlər delimitasiya və demarkasiya olunmadığını, yəni Azərbaycanın Ermənistan ərazisinə hərbi müdaxiləsinin məlum olmadığını söyləyib.
Lavrov Ermənistanın KTMT missiyasından imtina etməsini xatırladıb. Bildirib ki, rəsmi İrəvan Avropa İttifaqının missiyasını dəvət edib: "Bizdə olan məlumata görə, həmin müşahidəçilər Ermənistanın deyil, özlərinin maraqları ilə məşğuldurlar".
Rusiya xarici işlər naziri Ermənistanla dialoqun davam etdiyini əlavə edib. Qeyd edib ki Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Moskvaya səfərə dəvət olunub. "O, dəvəti qəbul edib. Biz onun səfərini gözləyirik", - Lavrov fikrini yekunlaşdırıb.
Politoloq Fuad Abbasov "Sherg.az"a bildirib ki, Rusiya və Ermənistan arasındakı əlaqələr 2018-ci ildən ciddi təsir vəziyyətindədir:

"2018-ci ildə "küçə hərəkatı" nəticəsində hakimiyyətə gələn Nikol Paşinyanın qarşısına qoyulan vəzifə Ermənistanı rusiyasızlaşdırmaq və Avropaya inteqrasiya idi. O isə məqam gözləyirdi ki, bu yöndə bir addım atsın. Eyni zamanda Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı heç bir referendum keçirilməyib və ya parlament qərar qəbul etməyib. Sadəcə olaraq, Baş nazir açıqlaması ilə Rusiyanın nəbzini tutub onun fikrini öyrənmək istəyir. Digər tərəfdən Rusiya 2024-cü ilin sonlarında Ukrayna cəbhəsində uğursuzluqlarla qarşılaşdı. Belə bir məqamda Paşinyan fersətdən istifadə edərək avropalaşma yönündə bəyanatlar verir. Rusiya Ukrayna münaqişəsində uğur qazansaydı, delimitasiya-demarkasiya prosesi və silahsızlaşdırma Ermənistanda da tətbiq oluna bilərdi. Ermənistan artıq əmindir ki, Rusiya Ukraynada 3 günə qazana bilmədiyi uğuru 3 ildə də edə bilməz".
Politoloq vurğulayıb ki, Arorat Mirzoyan Rusiyanın Ermənistana olan münasibətini və Sergey Lavrovun buranı sadəcə əyaləti kimi gördüyünü bilir:
"Bu isə münasibətlərin korlanması anlamına gəlmir. Rusiya Ermənistanı özünə bağlamağa çalışacaq. Bunun da ən başlıca üsulu xarici işlər nazirlərinin diplomatiya səviyyəsində deyil, iqtisadiyyat nazirlərinin bir-birləri ilə mübadiləsi nəticəsində meydana gələcək. Çünki Rusiya Ermənistanın mal varlığını milliləşdirmə yönündə qərar alarsa, bu dövlətin sonuna gətirib çıxaracaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual
Tramp Salmanın Yəmənlə bağlı xahişini rədd etdi
13:13 30.08.2026
Dünya
İsrail İrana xəbərdarlıq etdi...
12:56 30.08.2026
Gündəm
Sabah yağış yağacaq, leysan olacaq
12:40 30.08.2026
Ekologiya
Ərdoğan: Türkiyə qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir
12:23 30.08.2026
Region
Böyük fəlakət: Trilyonlarla dollarlıq ziyan vurulacaq
12:05 30.08.2026
Maraqlı
Finlyandiya Prezidenti: Rusiyanın NATO-ya hücum edəcəyinə inanmıram
11:32 30.08.2026
Dünya
Qadınlarda ağciyər xərçəngi artır
10:57 30.08.2026
Sağlamlıq
İsrail ordusu Qəzzada HƏMAS-ın komandirini məhv edib
10:36 30.08.2026
Dünya
Səhərlər sizə yaxşı təsir edəcək 4 fəaliyyət
10:11 30.08.2026
Maraqlı